od-ocaq ayaqlamaq

to answer for good by evil / to do someone great harm instead of good (to act ingratitudely) ответить на добро злом (поступить неблагодарно)
od qiymətinə
od parçası
OBASTAN VİKİ
Ocaq
Ocaq və ya soba — cihazın içərisində və ya üstündə istilik yaratmaq üçün yanacaq yandıran və ya elektrikdən istifadə edən cihaz.
Od
Od — mifoloji təsəvvürlərdə dünyamızın yaranmasına təkan verən ikinci mühüm amildir. Əski inanışlarda odu günəşlə, işıqla, gündüzlə əlaqələndirirdilər. Ulularımız ona Dan ("dan yeri sökülür" deyimində indi də işlədilir) da deyirdilər. Odun temperaturu yanğını yaradan materialın növündən və havanın təzyiqindən, odun rəngi isə yanan materialın qarışığından asılıdır. Dörd ünsürün qədim Şərq təqvimlərində qəzalar kimi xarakterizə edilməsinin əsasında onların ikili mahiyyətinə (həm yaradılışa, həm də məhvə xidmət etmələri) inam dayanır. Belə ki, od inkişafın, mədəniyyətin təkanverici qüvvəsi tək göstərilməklə yanaşı, həm də yarananları yandırıb kül edir, fəlakətlərin mənbəyinə çevrilir. Təsəvvürlərdə odun xeyirxahlığına, yoxsa şərinə, ziyanlarına birinci inanıldığını müəyyənləşdirmək çətindir. Miflərdə tez-tez üstünlük birindən digərinə ötürülür. Məsələn, "Munisnamə"də göstərilir ki, Allah ilk olaraq cəhənnəmi yaratmışdır. Onun göstərişi ilə cəhənnəmin palçığı min il qaynadıldığından qıpqırmızı qızarmış, sonra təkrar min il də qaynadılmışdır ki, közərməsi ağarsın.
Ocaq (din)
Pir və ya ocaq — Azərbaycanda dini etiqad və inamla bağlı ibadət və sitayiş yeri. "Pir" sözü Azərbaycan dilinə farscadan (پیر) keçmişdir, "qoca adam" deməkdir. "Ocaq" sözü qədim türk dilindən təkamül etmiş, "od" sözü və "+caq" şəkilçisindən əmələ gəlmişdir. Pirlər Azərbaycanda paqanizm dövründən məlumdur. İnsanlar möcüzə gücünə malik olduğu inanılan ağac (dağdağan, qarağac və s.), dağ, böyük daş, müqəddəs din xadimlərinin, təriqət başçılarının qəbir və türbələrini pir hesab etmişdilər. Qəbilə, icma və ailə ilə bağlı olan bu məfhum əslində qədim etiqadların, yəni əcdadlara sitayişin qalığı kimi təzahür etmişdir. Pirlər sonsuzluq, şikəstlik, ruhi və cismani xəstəliklər kimi naçar dərdlərə imdad diləyənlərin və qəlbində niyyət tutanların nəzir-niyaz, ibadət və "müalicə" yeri olmuşdur. Pirlərə nəzir verilirdi. Din xadimlərinin insanları aldadaraq pirləri qazanc mənbəyinə çevirməsi Azərbaycanın qabaqcıl ziyalılarının kəskin tənqidinə səbəb olmuşdur. 1920-ci ildə Bakı əməliyyatı ilə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra dövlət tərəfindən pirlərə qarşı kampaniya başladılmışdı.
Ocaq (ələvilik)
Ocaq (türk. Alevi Ocakları; kürd. Ocaxên elewî) — əsasən ələvilikdə, həmçinin bəktaşilikdə imam məqamında oturan dədələrin soyunu ifadə edən termin, dədəlik anlayışı strukturuna görə nəslə tabe olan qurum. Odur ki, ata öləndə oğlu onun yerinə keçir və bu, ələvi ənənəsində ocaq adlanır. Ələvi Ocaqları bir-birinə bağlıdır və aralarında nəsil ağacı tipli bir əlaqə mövcuddur. Nəsil ağacının başında Hacı Bektaş Vəlidir. Hər ocağın nəslindən gələn insanlar var. Ocaqların böyük oğulları olan dədələr kiçik qardaşlarından daha yüksək mövqedədirlər. Bu iyerarxik quruluş "əl-ələ, haqq" zehniyyətinin bir hissəsidir. Türkiyədə elə ocaqlar var ki, onların iyerarxiyası tədqiq olunmadığından qurulmamışdır.
Ocaq iyesi
Sari ocaq
Sarı Ocaq — İranın Şimali Xorasan ostanının kəndlərindən biri. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, kəndinin əhalisi 800 nəfər və 100 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Xorasan türklərindən ibarətdir.
Topa ocaq
Topa ocaq-Ağcabədi rayonunun Kürdlər kəndindən 500 metr aralıda, Qarqar çayının sağ sahilində qeydə alınan maraqlı toponimlərdən biridir. Ağcabədi rayonunun Kürdlər kəndindən 500 metr aralıda, Qarqar çayının sağ sahilində qeydə alınan maraqlı toponimlərdən biridir.Bu sahə çökək yerdə 6 ağacdan ibarət olduğu üçün el arasında ona Topa ocaq deyilir. Bu ocağın yaranma tarixi çox-çox qədimdir.Qocaların dediklərinə görə,keçmiş zamanlarda bu ocağın yaxınlığında qoca bir kişi qoyun otarırmış.Qocanın nəvəsi gündüz radələrində ona yemək gətirir. Qoca arxası ağaclara tərəf oturub çörək yeyirmiş.Birdən qız əlini ağaclara tərəf uzadıb deyirː Baba, ora bax. Qoca dönüb ağaclara tərəf baxır. Ancaq heç nə görmür. Ona görə nəvəsindən soruşurː Nə olub, nədir ki.Qız dinməzcə barmağını ağaclara tərəf uzadır. Qoca sualını təkrar etdikdə qız deyirː Baba orada dayanan boz atlını görmürsənmi.Deyilənə görə qızın gözünə görünən Xızır Peyğəmbər imiş.Elə bu səbəbdən də o zamandan həmin yer müqəddəs hesab olunur. Bu ağacların altında vaxtilə bir bulaq axırmış. Buradan keçən köç arvadlarından biri həmin bulaqda oğurluq qoyunun qarnını yuduğu üçün müqəddəs olan bu bulaq quruyur.
Ocaq iyəsi
Od (departament)
Od (fr. Aude) — Fransanın cənubundakı Oksitaniya regionunun departamentlərindən biri. Sıra № 11. İnzibati mərkəz Karkason. Əhalisi 365 854 nəfərdir (vahidlər arasında, 66-cı yerdə, məlumatlar 2010). Od 1790-cı ilin martında Fransız İnqilabı zamanı meydana çıxan ilk 83 departamentdən biridir. Bu köhnə Langedok vilayətinin ərazisində yerləşir. Departamentin eyni adlı çayı da mövcuddur. Departamentdə 3 rayon, 35 kanton və 438 kommuna daxildir.
Od (dəqiqləşdirmə)
Od
Od (kommuna)
Od (fr. Audes) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Erisson kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03010. 2008-ci ildə əhalinin sayı 463 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 282 nəfər (15-64 yaş) arasında 184 nəfər iqtisadi fəal, 98 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 65,2%, 1999-cu ildə 64.1%). 184 fəal 166 nəfərdən (90 kişi və 76 qadın), 18 nəfəri işsizdir (6 kişi və 12 qadın). 98 hərəkətsiz 27 nəfər arasında şagird və ya tələbə, 30 nəfər təqaüdçü, 41 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Od Ana
Od Ata
Od Milləti
Od Milləti — Avatar: Aanq haqqında əfsanə cizgi serialın dünyadan bir xalq. O, (xəritəyə görə) Avatar dünyasın qərbində yerləşən arxipelaqda yerləşir. Od Dövləti - tamamilə miraslı monarxiyadır. Dövlət xadimi Od Lordudur. Yüz illik müharibənin dövründə Od Lordlar əsas ərazidən başqa Yer Krallığdaki bir neçə koloniya kontrol edirdilər. Millətin görünüşü samuraylar dövrünün Yaponiyasından götürülmüşdür. Yuz illik müharibə ərzində Od Millətin mədəniyyəti çox dəyişilib.
Od gəlini
Od gəlini — Azərbaycan dramaturqu Cəfər Cabbarlının 1927-ci ildə yazılmış 18 pərdəli tarixi faciəsi. Cabbarlının yeni dövrün ilk sanballı əsəridir. Faciə Ərəb əsarətinə qarşı Babək üsyanına həsr edilmişdir. Əsər ilk dəfə 1928-ci ildə Bakıda səhnəyə qoyulub. "Od gəlini" faciəsi IX əsrin aktual hadisələrinə və ərəb işğalçılarına qarşı ümumxalq azadlıq hərəkatına rəhbərlik etmiş sərkərdə Babəkin mübarizəsinə həsr edilib. Babək tamaşanın baş qəhrəmanı Elxan üçün prototip rolunu oynayıb. Əvvəlcə tamaşa "Babək" adlanırdı, lakin Cəfər Cabbarlı əsərin ideya-tematik çərçivəsini konkret tarixi hadisə ilə məhdudlaşdırmaq istəməmiş, ona daha geniş məzmun verməyə çalışmışdır. Tamaşanın üzərində iş hələ 1925-ci ildə, Cabbarlı bitirib onun ilk variantını teatra təqdim edəndən sonra başlayıb. Həcmi ağır, ideya-bədii cəhətdən natamam olan bu variant nə müəllifin özünü, nə də teatrı qane etmirdi. Ona görə də Cəfər Cabbarlı pyes üzərində işləməyə davam edərək onu xeyli sıxışdıraraq əsərin bədii keyfiyyətlərində ciddi təkmilləşməyə nail olub.
Od iyesi
Od iyəsi
Od məbədi
Od məbədi, İslamdan əvvəl İranda müqəddəs odun yandırıldığı binaya və ya əraziyə verilən addır. Üstü örtülü bir yer tələb etməyən od məbədinin ərazisi, üstü açıq olan xüsusi bir zona və ya təbii qaz sızıntısının olduğu ərazi və ya neftin yandığı xüsusi bir sahə də ola bilər. Bina kimi tikilən od məbədlərinin əsas nümunəsi dörd monolit ayağı olan və günbəzlə örtülmüş bir quruluşda olmasıdır. Tromp keçid elementlərinə yerləşdirilmiş günbəzləri və monolit daşıyıcılarla bu cür od məbədləri, İslam dövründəki günbəz sistemlərinin təkamülünə təsir etmişdirlər.
Od çərşənbəsi
Od çərşənbəsi — Novruz bayramının ikinci çərşənbəsi. Günәş istisini arzulayan ulu babalarımız od çәrşәndәsindә sübh tezdәn Günәşә qurban aparardılar. Böyük tonqal qalayıb günәşin çıxmasını gözlәyәr, odun şәrәfinә nәğmәlәr oxuyardılar. Od çәrşәnbәsinin maraqlı mәrasimlәrindәn biri dә il boyu ailә üzvlәrindәn birini itirmiş evlәrin qarşısında tonqal qalamaqdı. Od yandırmaqla hәmin ailәnin saxladığı yas mәrasimiqә son qoyulardı. Od çərşənbəsində bayram tonqalını həyət darvazasının ağzında qalarlar. Səbəbi odur ki, həyətə keçən özüylə bərabər ağırlıq, pis niyyəti gətirməsin. Hamısı elə bu alovda yansın, yox olsun. Od çərşənbəsində həmçinin, deyərlər: Özünü ildə bir kərə təmizlə, canını oddan keçir, atıl tonqal üstündən. Od çərşənbəsinə qədimdə “Üskü çərşənbə”, “Üskü gecəsi” də deyilib.
Kamil Ocaq Stadionu
Kamil Ocaq stadionu — Qaziantepdə olan stadion. "Gaziantepspor"un və "Gaziantep Büyükşehir Belediyespor"un daxili sahə oyunlarını oynadığı stadion 16,981 adam əhatəlidir. İstehsalını dövrün idmandan məsul Dövlət Naziri, Gaziantep Millət vəkili rəhmətlik Kamil Ocaq reallaşdırmışdır. 1974-ci ildə xidmətə açılmışdır. Gecə ışıqlandırması mövcuddur. Qaziantepdə olan tək peşəkar stadiondur.
Ocaq (film, 1987)
Filmdə II Ümumittifaq xalq yaradıcılığı festivalının laureatı, "Gülüstan" Folklor Teatrının kollektivi iştirak edir. Ocaq hər bir evin işığı və istiliyi deməkdir – unudulmaz uşaqlıq dövrünün dünyasıdır, bayram sevincidir. Bu həm də əsrlərin dərinliyinə gedib çıxan xalq mədəniyyət ənənələrinin qoruyucusu və məşəlidir. Filmdə müxtəlif qədim xalq oyunları – maral oyunu, zopu-zopu, duvaqqapma oyunları öz əksini tapmışdır. Yallı ehtiraslı, coşğun rəqsdir. Xalq bayramlarına adətən bu rəqslə yekun vurulur, filmə də o cümlədən. Bu rəqsdə hamı – qocalar da, cavanlar da iştirak edirlər.
Sarı Ocaq (Çaldıran)
Sarı Ocaq (fars. ساري اجاق‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 418 nəfər yaşayır (83 ailə).
Od İçində (1978)
Filmin mərkəzində 1919-cu ildə Azərbaycanın cənub rayonlarında — Muğan və Lənkəranda baş verən dramatik hadisələr durur. Ssenari müəllifi: Əhmədağa Muğanlı Quruluşçu rejissor: Şamil Mahmudbəyov Quruluşçu operator: Teyyub Axundov Quruluşçu rəssam: Kamil Nəcəfzadə Bəstəkar: Emin Sabitoğlu Səs operatoru: Ağahüseyn Kərimov Rejissor: Tofiq Məmmədov Operator: Vaqif Muradov Qrim rəssamı: V.Arapov Geyim rəssamı: Fikrət Ələkbərov Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Rejissor assistenti: X.Şirinov, C.Məmmədov, Nadir Əzməmmədov Operator assistenti: A.Əliyev Məsləhətçi: Məcid Katibli (tarix elmləri namizədi) Redaktor: İsa Hüseynov Çalır: Ümumittifaq Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Dirijor: V.Vasilyev Filmin direktoru: Əli Məmmədov Yaşar Nuri — Əjdər Viktor Kosıx — Andrey Hacı Xəlilov — Tarıqulu Səməndər Rzayev — Tomar bəy Nikolay Barmin — Arsen İvan Kosıx — Yasovul Hamlet Xanızadə — Rizvan Boris Rudnev — Ulyantsev Alla Panova — Tatyana Anatoli Falkoviç — İlyaşeviç Yuri Sorokin — Suxorukov Muxtar Maniyev — Xoşev Kazım Nəcəfov — Talıb Dadaş Kazımov — Qasım Mübariz Əlixanoğlu — Hüseyn Yalçın Rzazadə — Əmir Tomar Məmməd Sadıqov (Məmməd Sadıxov kimi) — dərviş Fikrət Məmmədov — zabit Xanlar Muradov — Jandarm Nadir Əzməmmədov B.Rzayev Valeri Kovtun G.Qurbanova İ.Kaşileviç V.Kondraşev V.Marianbey Y.Ustinoviç Ələddin Abbasov — mirzə Sadıq Həsənzadə — kəndli Gümrah Rəhimov — bolşevik Əliabbas Qədirov — Mirzə (Ələddin Abbasov) (titrlərdə yoxdur) Kamal Xudaverdiyev — İlyaşeviç (Anatoli Falkoviç) (titrlərdə yoxdur) Həsən Əbluc — Əmir Tomar (Yalçın Rzazadə) (titrlərdə yoxdur) Əzizağa Qasımov — Yasovul (İvan Kosıx) (titrlərdə yoxdur) Yusif Vəliyev — Arsen (Nikolay Barmin) (titrlərdə yoxdur) Ramiz Məlikov — Andrey (Viktor Kosıx) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Tatyana (Alla Panova) (titrlərdə yoxdur) Sofa Bəsirzadə — Arsenin arvadı (titrlərdə yoxdur) Şahmar Ələkbərov — Ulyantsev (Boris Rudnev) ; kadrarxası mətn (titrlərdə yoxdur) Həsən Məmmədov — Suxorukov (Yuri Sorokin) (titrlərdə yoxdur) Hüseynağa Sadıqov — Dərviş (Məmməd Sadıqov) (titrlərdə yoxdur) Həsənağa Turabov — Xoşev (Muxtar Maniyev) (titrlərdə yoxdur) Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 32; 257. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Od Əsgərləri (1978)
Film Yanğınsöndürmə İdarəsinin 25 illiyinə həsr edilmişdir. Kinolentdə Neft Daşlarında — dəniz neft buruqlarında, habelə bir çox mühüm sənaye obyektlərində yanğın təhlükələrinin qarşısını almış yanğınsöndürmə dəstəsinin şücaətindən danışılır. Film Azərbaycan Daxili İşlər Nazirliyinin sifarişi ilə çəkilmişdir. Rejissor: Cəmil Fərəcov Ssenari müəllifi: Cavanşir Məlikov Operator: Ələsgər Ələkbərov Səs operatoru: Şamil Kərimov Azərbaycan Daxili İşlər Nazirliyi Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
İki od arasında
Yusif Vəzir Çəmənzəminlinin 1937-ci il aprel ayında tamamladığı və ilk dəfə 1964-cü ildə "Qan içində" adı ilə çap olunan "İki od arasında" romanıdır. Romanında məşhur şair Molla Pənah Vaqifin həyatından və onun Qarabağ xanlığında vəzir olduğu zaman Azərbaycanın siyasi həyatında baş verən hadisələrdən bəhs edilir. Qarabağ, onun timsalında bütöv Vətən, doğma diyarın azadlığı böyük Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığından qırmızı xətlə keçir. Ədibin 1937-ci ildə qələmə aldığı və ilk dəfə 1964-cü ildə "Qan içində" adı ilə işıq üzü görən "İki od arasında" romanı da məhz bu mövzudadır. Vətəni dərin məhəbbətlə sevən Y. V. Çəmənzəminli Qarabağ xanlığının tarixindən bəhs edən əsərini təsadüfən "iki od arasında" adlandırmamışdır, Bununla o, xalqının iki böyük qonşu dövlətin — Rusiya ilə İranın məngənəsində qaldığına, bundan ciddi ziyan çəkdiyinə işarə etmişdir. Romanın əsas qəhrəmanlanndan biri böyük söz ustadı M. P. Vaqifdir. Lakin müəllif M. P. Vaqifi yalnız gözəllikdən ilham alan şair kimi səciyyələndirməmiş, həm də onun eşikağası vəzifəsində xanlıqda mühüm mövqe tutan mahir bir siyasətçi, diplomat obrazını yaratmışdır. M. P. Vaqifin şair təbiəti ilə eşikağası vəzifəsində fəaliyyəti bir-birini tamamlayır. O, şeir, sənət adamı kimi nə qədər xəlqidirsə, gözəlliyə, xeyirxahlığa nə qədər həssasdırsa, xanlıqdakı vəzifəsində də bir o qədər məsuliyyətli, tədbirli və təəssübkeşdir. Hətta o, bəzən diplomat kimi fəaliyyətində də şairliyindən bəhrələnir və bu ona təkcə Qarabağ xanlığında deyil, qonşu əyalətlərdə də böyük hörmət qazandınr.